AZAL Turizm işçiləri Günü münasibətilə beynəlxalq reyslərə 29 % endirim təklif edir

AZAL Turizm işçiləri Günü münasibətilə beynəlxalq reyslərə 29 % endirim təklif edir Azərbaycanın milli aviadaşıyıcısı AZAL 29 sentyabr tarixində qeyd olunan Turizm işçilərinin peşə bayramı münasibətilə kampaniya keçirir.
Turizm
29 Sentyabr , 2024 11:07
AZAL Turizm işçiləri Günü münasibətilə beynəlxalq reyslərə 29 % endirim təklif edir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 29 sentyabr tarixində qeyd olunan Turizm işçilərinin peşə bayramı münasibətilə kampaniya keçirir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən “Report”a bildirilib ki, “Turist olmağın vaxtıdır!” şüarı altında təşkil edilən kampaniya sentyabrın 29-dan 30-na kimi davam edəcək.

Sərnişinlər AZAL-ın bütün müntəzəm beynəlxalq istiqamətləri üzrə 29 % endirim əldə etmək üçün aviaşirkətin rəsmi saytında və mobil tətbiqində “TOURIST29” promokodundan yararlana bilərlər. Endirim yalnız ekonom sinif tarifinə tətbiq olunur, vergi və yığımlara şamil edilmir.

Kampaniya müddəti: 29-30 sentyabr 2024-cü il, uçuş tarixləri: 1 oktyabr – 25 dekabr 2024-cü il.

Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin mobil tətbiqindən əldə etmək mümkündür. AZAL-ın mobil tətbiqini yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.

AZAL sərnişinlərə geniş istiqamət seçimi təqdim edir: “Bu təklifdən yararlanın və aviabiletləri daha sərfəli qiymətlərlə əldə edin!”.

Son xəbərlər

Orphus sistemi