Türkiyənin tanınmış müğənnisinin avtomobili qəzaya uğrayıb

Şou-biznes
  • 21 iyun, 2017
  • 08:28
Türkiyənin tanınmış müğənnisinin avtomobili qəzaya uğrayıb

Bakı. 21 iyun. REPORT.AZ/ Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər avtomobil qəzasına düşüb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qəza müğənni Ankaraya konsert vermək üçün gedərkən baş verib.

Onun avtomobilinə ciddi ziyan dəysə də F.Göçər xəsarət almayıb. Müğənni başqa bir avtomobillə Ankaraya gedərək konsert verib.