Roman Polanski aktrisanın şikayətinə görə məhkəmə qarşısına çıxarılacaq

Şou-biznes
  • 15 sentyabr, 2022
  • 04:59
Roman Polanski aktrisanın şikayətinə görə məhkəmə qarşısına çıxarılacaq

Kinorejissor Roman Polanski britaniyalı aktrisa Şarlotta Luisin ittihamı ilə bağlı Parisdə məhkəmə qarşısına çıxarılacaq.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Luis rejissorun 1986-cı ildə çəkdiyi “Piratlar” filmində rol alıb. Aktrisanın sözlərinə görə, çəkiliş zamanı Polanski tərəfindən seksual təhdidlə üzləşib. Luisin o vaxt 16 yaşı olub.

İstintaq işin avqustun 30-da Paris İslah Məhkəməsinə göndərilməsi barədə qərar çıxarıb. Məhkəmə prosesinin tarixi hələ təyin edilməyib. Hazırda 89 yaşı olan Polanski heç vaxt Fransada mühakimə olunmayıb.

1970-ci illərdə o zaman ABŞ-da yaşayan kinematoqrafçı 13 yaşlı Samanta Geymer ilə qeyri-qanuni münasibətdə ittiham olunurdu. Polanski prosesin başa çatmasını gözləmədən 1978-ci ildə Fransaya gedib və Polşa vətəndaşlığı ilə yanaşı, Fransa vətəndaşlığını da alıb. Amerika ədliyyəsi onu ekstradisiya etmək cəhdlərini dayandırmayıb.

44 filmi