Məşhur amerikalı müğənnilər və aktrisalar Donald Trampa qarşı etiraz yürüşü keçirəcəklər

Şou-biznes
  • 10 yanvar, 2017
  • 10:03
Məşhur amerikalı müğənnilər və aktrisalar Donald Trampa qarşı etiraz yürüşü keçirəcəklər

Bakı. 10 yanvar. REPORT.AZ/ Məşhur müğənnilər Şer və Keti Perri, aktrisa Skarlett Yohansson, eləcə də digər amerikalı ulduzlar ABŞ-ın yeni prezidenti Donald Trampa qarşı etiraz yürüşündə iştirak edəcəklər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yalnız qadınların qatılacağı aksiya yanvarın 21-də - yeni prezidentin vəzifəyə başlamasından sonrakı gün Vaşinqtonda baş tutacaq və dinc xarakter daşıyacaq.

Yürüşə həmçinin aktrisa Amerika Ferrera, Emi Şumer, Culianna Mur və Frensis Makdormend də qatılacaq.

Eyni gündə ABŞ-ın digər ştatlarında 150-dən çox bənzər aksiya keçiriləcək. Məsələn, Yuta ştatında yürüşə aktrisa və teleaparıcı Çelsi Hendler rəhbərlik edəcək.

Qeyd edək ki, ABŞ-ın 45-ci prezidentinin andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti