Hollivud Şöhrət xiyabanında Hyu Lorinin adına ulduz açılıb

Şou-biznes
  • 26 oktyabr, 2016
  • 07:14
Hollivud Şöhrət xiyabanında Hyu Lorinin adına ulduz açılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Hollivud Şöhrət xiyabanında böyük britaniyalı aktyor Hyu Lorinin adına ulduz açılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, o, ABŞ-da "Doktor Haus" serialında baş rolu ifa etməsiylə məşhurlaşıb.

57 yaşlı H.Lori ulduzun açılışında həyatda bəxtinin gətirdiyini və bəxtin hər zaman onun yanında olduğunu bildirib.

Qeyd edək ki, aktyor 2006-2007-ci illərdə "Doktor Haus" serialında canlandırdığı Qreqori Haus roluna görə, "Qızıl qlobus" mükafatı qazanıb. Həmin seriala çəkildikdən sonra H.Lori ən yüksək ödənişli aktyorlardan birinə çevrilib.

44 filmi