“CinemaPlus” kinoteatrın qocaman əməkdaşı Qennadiy Qasımov rəhbərlik tərəfindən təltif olunub.
"Report" xəbər verir ki, o, 55 illik təcrübəyə malik olan proyeksiyaçı idi.
Onun karyera yüksəlişi əfsanəvi “Azərbaycan” kinoteatrının açıldığı gündən 1966-cı ildən 2012-ci ilə kimi davam edib: 2012-ci ildən 2016-cı ilə qədər – “28 Cinema”, 2016-cı ildən bu günə kimi - "CinemaPlus" kinoteatrı. Hər kəs eyni vəzifədə bu qədər uzun müddət işləməyi bacarmır.
Qennadiyin çox peşəkar və təcrübəli mütəxəssis olması müdiriyyət və həmkarları tərəfindən çox yüksək qiymətləndirilir. Həmkarlar onu yalnız peşəkarlığına görə yox, həm də insani keyfiyyətlərinə görə dəyərləndirirlər.