Cennifer Lopes və Ben Afflek evlənmək niyyətindədir

Cennifer Lopes və Ben Afflek evlənmək niyyətindədir Afflekin müğənninin 52 yaşı tamam olan gündə - iyulun 24-də evlilik təklifi edəcəyi vurğulanır
Şou-biznes
28 İyun , 2021 10:54
Cennifer Lopes və Ben Afflek evlənmək niyyətindədir
Cennifer Lopes və Ben Afflek

Amerikalı aktrisa və müğənni Cennifer Lopes və aktyor Ben Afflek bu ilin sonuna qədər nikaha girmək niyyətindədirlər.

“Report” xəbər verir ki, bu barədə “The Sun” yazıb.

Mənbənin verdiyi məlumata görə, Afflek ikinci dəfə Lopesi itirməkdən qorxduğu üçün ilin sonuna qədər evlilik işini tamamlamağı planlaşdırır.

Afflekin müğənninin 52 yaşı tamam olan gündə - iyulun 24-də evlilik təklifi edəcəyi vurğulanır.

Daha əvvəl Afflek və Lopesin Montanadakı dağ-xizək mərkəzində birlikdə tətilə getdikləri bildirilmişdi.

Qeyd edək ki, 2021-ci ilin aprelində JLo 2017-ci ildən bəri münasibətdə olduğu beysbolçu Aleks Rodriges ilə nişanını qaytarıb. Bununla belə, onlar birgə çalışmağa davam edəcəklərini və ortaq layihələrdə bir-birlərinə dəstək verəcəklərini söz veriblər.

Yanvarda isə 48 yaşlı Afflek son “peyki”indən - 32 yaşlı aktrisa Ana de Armasdan ayrılıb.

Son xəbərlər

Orphus sistemi