Aktrisa Çimnaz Sultanova dəfn olunub - YENİLƏNİB

Aktrisa Çimnaz Sultanova dəfn olunub - YENİLƏNİB Aktrisa Çimnaz Sultanova ilə vida mərasimi keçirilib.
Şou-biznes
16 Yanvar , 2025 14:26
Aktrisa Çimnaz Sultanova dəfn olunub - YENİLƏNİB

Aktrisa Çimnaz Sultanova dəfn olunub.

"Report" xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimi başa çatdıqdan sonra cənazə Əmircan qəsəbəsi qəbiristanlığına aparılaraq torpağa tapşırılıb.

14:00

Aktrisa Çimnaz Sultanova ilə vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərhumla vida mərasimi Əmircanda atasının evində baş tutub.

Mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.

Mərhum Əmircan qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, aktrisa 45 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.

Xatırladaq ki, Çimnaz Sultanova 15 yanvar 1980-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.

Həmçinin Almaniyada Beynəlxalq iqtisadi əlaqələr fakültəsindən məzun olub. Dram dərnəyində aktyorluq sənəti üzrə və eyni zamanda vokal üzrə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyub.

FOTO Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi