Bakı. 1 iyun. REPORT.AZ/ "Müasir dünyada miqrasiya mövzusu kifayət qədər aktualdır".
"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.
Xidmət rəisi Azərbaycanın sosial-iqtisadi inkişafının, həyata keçirilən transmilli layihələrin ölkəmizdə miqrasiya proseslərinə təsirinə də toxunub. O bildirib ki, respublikada əcnəbilərin hüquqları yüksək səviyyədə qorunur: "Azərbaycanda belə bir dövlət orqanının iş prinsipləri miqrasiya proseslərinin tənzimlənməsinə, ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələlərinin operativ həllinə xidmət edir. Bu sahədə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi istiqamətində ciddi nailiyyətlər əldə olunub. Xidmət istifadəçilərinin məmnunluğunun artırılması və müasir innovasiyaların tətbiqi baxımından müvafiq tədbirlər davam etdirilir".