Ukrayna nümayəndəsi: "Uşaqlarımıza müharibədən uzaqlaşmaq imkanı verən təşkilatçılara minnətdarıq"

Ukrayna nümayəndəsi: "Uşaqlarımıza müharibədən uzaqlaşmaq imkanı verən təşkilatçılara minnətdarıq" “Uşaqları ölkəmizdə baş verən hadisələrdən uzaqlaşaraq dincəlməyə gətirdik”.
Sosial müdafiə
4 Avqust , 2023 07:29
Ukrayna nümayəndəsi: Uşaqlarımıza müharibədən uzaqlaşmaq imkanı verən təşkilatçılara minnətdarıq

“Uşaqları ölkəmizdə baş verən hadisələrdən uzaqlaşaraq dincəlməyə gətirdik”.

“Report” xəbər verir ki, bu barədə Bakıya gətirilən ukraynalı uşaqları müşayiət edən Kiyev Vilayət Dövlət Administrasiyasının nümayəndəsi Olqa Melnik bildirib.

O, ukraynalı uşaqlara dincəlmək və ölkədə baş verən hadisələrdən uzaqlaşmaq imkanı verən təşkilatçılara minnətdarlığını bildirib.

“Kiyev vilayəti elə bir bölgədir ki, çox atəşə tutulur, ondan uşaqlar əziyyət çəkir. Uşaqlarımıza dincəlmək və ölkəmizdə baş verən olaylardan uzaqlaşmaq imkanı verən bütün təşkilatçılara çox minnətdaram. Maraqlı ekskursiyalar, tanışlıqlarımız olacaq, Azərbaycan mədəniyyətini öyrənəcəyik”, - o qeyd edib.

O, gətirilən uşaqların valideynlərinin cəbhədə döyüşdüyünü diqqətə çatdırıb.

“Bizimlə bir qrup uşaq gəlib ki, onların ataları, anaları cəbhədə döyüşür, ölmüş, əsirlikdə olan, itkin düşmüş ataları var”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi