"Təmiz Şəhər" ASC-nin əməkdaşları talassemiyadan və hemofiliyadan əziyyət çəkənlərə qan veriblər

"Təmiz Şəhər" ASC-nin əməkdaşları talassemiyadan və hemofiliyadan əziyyət çəkənlərə qan veriblər Aksiyada "Təmiz Şəhər" ASC-nin 200-ə yaxın əməkdaşı iştirak edib
Sosial müdafiə
24 Aprel , 2015 20:41
Təmiz Şəhər ASC-nin əməkdaşları talassemiyadan və hemofiliyadan əziyyət çəkənlərə qan veriblər

Bakı. 24 aprel. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Talassemiyasız həyat naminə" Proqramına dəstək məqsədilə "Təmiz Şəhər" ASC-nin əməkdaşları bu gün qanvermə aksiyası keçiriblər. 

"Təmiz Şəhər" ASC-dən "Report"a verilən xəbərə görə, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda keçirilən aksiyada Qan Donorları Assosiasiyasının və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələri iştirak edib.

8 may Beynəlxalq Talassemiya Günü ilə əlaqədar "Təmiz Şəhər" ASC-nin rəhbərliyi və səhmdar cəmiyyətin kollektivi qan verərək talassemiyadan və hemofiliyadan əziyyət çəkən şəxslərə dəstək olublar. Aksiyada "Təmiz Şəhər" ASC-nin 200-ə yaxın əməkdaşı iştirak edib. Aksiya çərçivəsində toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib.

Bu il "Talassemiyasız həyat naminə" Proqramının 10 ili tamam olur. "Təmiz Şəhər" ASC hər il belə aksiya keçirərək proqrama qoşulur və qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olur. 

Son xəbərlər

Orphus sistemi