"Şuşa kreativlik marafonu"nun mentoru: Gənclər fəallıq nümayiş etdirirlər

"Şuşa kreativlik marafonu"nun mentoru: Gənclər fəallıq nümayiş etdirirlər Gənclər "Şuşa kreativlik marafonu"nda fəallıq nümayiş etdirirlər.
Sosial müdafiə
3 Dekabr , 2024 12:39
 Şuşa kreativlik marafonunun mentoru: Gənclər fəallıq nümayiş etdirirlər

Gənclər "Şuşa kreativlik marafonu"nda fəallıq nümayiş etdirirlər.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu "Şuşa kreativlik marafonu" tədbirinin mentoru, "Baku Fashion Academy"nin müdiri Katerina Eren jurnalistlərə açıqlamasında deyib.

Mentor tədbir haqqında məlumat verərək prosesin gedişatından danışıb:

"Bildiyiniz kimi, dünən gənclər komandalara bölündü və dekabrın 2-dən "Şuşa kreativlik marafonu" start götürdü. Hazırda burada 21 iştirakçı var. Məqsədimiz kreativ gəncləri birləşdirərək ortaya yaxşı iş qoymaqdır".

Katerina Eren
Katerina Eren

Onun sözlərinə görə, hazırda iştirakçılar kiçik modellər üzərində rəngli parçalardan müxtəlif növ geyimlər hazırlayırlar.

"Gedişata baxdıqda nəticənin gözlədiyimizdən də yaxşı olacağına ümidlənirik", - K.Eren əlavə edib.

Qeyd edək ki, Şuşada baş tutmuş "Şuşa Gənclər paytaxtının" bağlanış mərasiminin "Yaradıcılıq marafonu"nda gənclər dörd sahə - animasiya, film, moda, dizayn üzrə fərqli məhsullar yaradırlar. Daha sonra həmin məhsullar münsiflər heyətinə təqdim olunacaq və hər sahədən bir komanda qalib elan ediləcək.

Son xəbərlər

Orphus sistemi