Sumqayıtda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib

Sumqayıtda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib Bakı. 12 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib.
Sosial müdafiə
12 Oktyabr , 2018 14:22
Sumqayıtda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, zona toplantısında Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan rayonların gəncləri iştirak ediblər.

Tədbidə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 1-ci müavini Teymur Səmədov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev və Milli Məclisin üzvü Tahir Mirkişili, eyni zmanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,Sumqayıt Dövlət Universitetinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Gənclər Fondunun əməkdaşları, habelə zonaya daxil olan rayon, şəhər gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.

Sərgi ilə tanışlıq bitdikdən sonra Heydər Əliyev Mərkəzinin akt zalında Azərbaycan Gənclərinin VIII Forumunun zona toplantısı işinə başlayıb.

İclasda zonaya daxil olan rayon və şəhərlərdən olan Azərbaycan Gəncləri VIII Forumuna seçilmiş nümayəndələrin siyahısı təsdiq edilib.

Rəsmi hissə bitdikdən sonra istedadlı gənclərin iştirakı ilə konsert proqramı təşkil edilib. Bununla da, Azərbaycan Gənclərinin VIII Forumunun keçirilməsi ilə bağlı Sumqayıt şəhərində keçirilən zona toplantısı işini bitirib.

Son xəbərlər

Orphus sistemi