Son iki ildə ƏƏSMN-in xidmətləri və qurumları 36 beynəlxalq mükafatla təltif olunub

Son iki ildə ƏƏSMN-in xidmətləri və qurumları 36 beynəlxalq mükafatla təltif olunub "Son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri və qurumları 36 beynəlxalq mükafatla təltif olunub".
Sosial müdafiə
21 Noyabr , 2023 19:16
Son iki ildə ƏƏSMN-in xidmətləri və qurumları 36 beynəlxalq mükafatla təltif olunub

"Son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri və qurumları 36 beynəlxalq mükafatla təltif olunub".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində SESRIC-in Baş direktoru Zehra Zümrüd Selçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı deyib.

"Biz bu təcrübəmizi İslam ölkələri ilə geniş şəkildə bölüşəcəyik. Hazırda həmin ölkələrdən Özbəkistanla çox ciddi əməkdaşlığımız davam edir. Özbəkistanda həm xidmətlərin elektronlaşdırılması, həm də vahid pəncərənin yaradılması istiqamətində ekspert dəstəyimizi göstəririk. Paralel olaraq Moldova, Serbiya və Rumıniyada da analoji işlər həyata keçirilir. Bu işlərin daha çox İslam ölkəsini əhatə etməsi, əhatə dairəsinin daha da genişləndiriməsi üçün SESRIC platforması bizə dəstək olacaq. Həmin platformadan istifadə edərək əldə etdiyimiz nailiyyətləri digər İslam ölkələri ilə bölüşəcək və onlarla qarşılıqlı faydalı əməkdaşlıq edəcəyik", - S.Babayev bildirib.

Son xəbərlər

Orphus sistemi