Şəhid polislərin əksəriyyətinin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri Nazirliyə təqdim edilib

Şəhid polislərin əksəriyyətinin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri Nazirliyə təqdim edilib Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli fərmanının icrası olaraq, birdəfəlik ödəmənin (11 000 manat) verilməsi prosesi 1997-ci il avqustun 2-dək şəhid olmuş daxili işlər orqanları əməkdaşlarının vərəsələrini də əhatə edir. Şəhid polis əməkdaşları ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytının (sosial.gov.az) “Birdəfəlik ödəmə” bölməsində yerləşdirilib.
Sosial müdafiə
4 Mart , 2019 17:12
Şəhid polislərin əksəriyyətinin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri Nazirliyə təqdim edilib
Report

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli fərmanının icrası olaraq, birdəfəlik ödəmənin (11 000 manat) verilməsi prosesi 1997-ci il avqustun 2-dək şəhid olmuş daxili işlər orqanları əməkdaşlarının vərəsələrini də əhatə edir. Şəhid polis əməkdaşları ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytının (sosial.gov.az) “Birdəfəlik ödəmə” bölməsində yerləşdirilib.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Vərəsələr həmin bölmədə daxili işlər orqanlarının şəhid olmuş əməkdaşının adı, soyadı və atasının adını qeyd edərək birdəfəlik ödəməni almaq hüquqlarının olub-olmadığını öyrənirlər. Bundan sonra birdəfəlik ödəmə almaq hüququ olan vərəsələr notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edir və onların sənədləri elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Nazirlikdəki müvafiq Komissiya isə şəhidlərin vərəsələrinin sənədləri əsasında birdəfəlik ödəmənin verilməsinə dair qərarlar qəbul edir.

1997-ci il avqustun 2-dək şəhid olmuş daxili işlər orqanları əməkdaşlarından ibarət 400 nəfərdən çox şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqları müəyyən olunub. Onlardan artıq əksər şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə almaq üçün sənədləri Nazirliyə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi