Sədr: “Yanvar ayından ictimai işlər portalının tətbiqi gözlənilir”

Sədr: “Yanvar ayından ictimai işlər portalının tətbiqi gözlənilir” “Yanvar ayından ictimai işlər portalının tətbiqi gözlənilir”.
Sosial müdafiə
23 Dekabr , 2022 15:16
Sədr: “Yanvar ayından ictimai işlər portalının tətbiqi gözlənilir”
Mustafa Abbasbəyli

“Yanvar ayından ictimai işlər portalının tətbiqi gözlənilir”.

“Report”un xəbərinə görə, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq tətbiq üzərində işlər yekunlaşıb.

Qeyd edək ki, portal vasitəsilə haqqı ödənilən ictimai işlərin təşkili üzrə bütün tərəflərin fəaliyyətinin vahid platformadan idarə edilməsi, kvotaların müəyyənləşdirilməsi və bölüşdürülməsi, göndəriş verilmiş işsiz şəxslərin təhkim bildirişlərinin elektron şəkildə formalaşdırılması, ictimai işlərə qəbul edilmiş şəxslərin işəmuzd və ya aylıq iş tabellərinin elektron şəkildə formalaşması, əməkhaqqının portal vasitəsilə elektron qaydada ödənilməsinin tənzimlənməsi mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi