Sədr: "Hədəfimiz İçərişəhərin canlı tarixin obyekti kimi saxlanılmasına yönəlib"

Sədr: "Hədəfimiz İçərişəhərin canlı tarixin obyekti kimi saxlanılmasına yönəlib" Mədəni irsin qorunması və təbliği ölkə rəhbərliyinin bu sahədə həyata keçirilən siyasətinin prioritet istiqamətlərindən biridir.
Sosial müdafiə
23 Yanvar , 2020 11:28
Sədr: Hədəfimiz İçərişəhərin canlı tarixin obyekti kimi saxlanılmasına yönəlib
Əsgər Ələkbərov / Report / Sultana Ahmadbayli

"Mədəni irsin qorunması və təbliği ölkə rəhbərliyinin bu sahədə həyata keçirilən siyasətinin prioritet istiqamətlərindən biridir".

"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi diqqət və qayğısı ilə son illərdə İçərişəhər və Qala Qoruqları ərazisində tarixi mədəniyyət abidələrinin, mədəni irsin qorunması, öyrənilməsi və təbliği istiqamətində bir sıra irimiqyaslı tədbirlər həyata keçirilib.

Ə.Ələkbərov qeyd edib ki, hədəfləri dəyişməzdir və bütün görülən işlər qədim mədəniyyətə malik İçərişəhər və Qala Qoruqlarının beynəlxalq səviyyəli turizm məkanı və eyni zamanda canlı tarixin obyekti kimi saxlanılması və inkişafına yönəlib.

O qeyd edib ki, ötən il önəmli layihələrin icrası ilə yadda qalıb: "Bir çox tədbirlərə ev sahibliyi etmişik. Bu il üçün də bu ənənə davam edəcək". 

Son xəbərlər

Orphus sistemi