Sabirabadda məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlanılıb

Sabirabadda məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlanılıb Qəsəbənin ümumi ərazisi 30 hektardır
Sosial müdafiə
6 Fevral , 2016 19:19
Sabirabadda məcburi  köçkünlərin  yeni  mənzillərə  köçürülməsinə başlanılıb

Bakı. 6 fevral. REPORT. AZ / Sabirabad rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə işlər tam başa çatdırılıb və onların köçürülməsinə başlanılıb.

Qaçqınkomun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəsəbə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.2-ci bəndinin icrası ilə əlaqədar olaraq tikilib.

Qəsəbənin ümumi ərazisi 30 hektardır. Qəsəbənin ərazisində müasir standartlara tam cavab verən 370 yerlik məktəb binası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və poçt binası da tikilib.

Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı da hərtərəfli iş aparılıb. Burada müasir yol-küçə infrastrukturu qurulub. Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları və idman zalı bütün zəruri inventar və avadanlıqla təchiz olunub.

Ümumilikdə bu günə kimi 94 müasir yaşayış kompleksi salınıb, 49 min ailə və ya 243 min nəfər məcburi köçkün mənzillə təmin olunub. 2015-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 840 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 12 ildə 75 faizdən 12 faizədək azaldılıb.

Son xəbərlər

Orphus sistemi