Sabah bölgələr üzrə pensiyalar ödəniləcək

Sosial müdafiə
  • 13 aprel, 2023
  • 05:10
Sabah bölgələr üzrə pensiyalar ödəniləcək

Sabah bölgələr üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.