Milli Məclisin vitse-spikeri: "Gündəlik rastlaşdığımız hüquq pozuntuları bizi narahat edir"

Milli Məclisin vitse-spikeri: "Gündəlik rastlaşdığımız hüquq pozuntuları bizi narahat edir" Bakı. 7 dekabr. REPORT.AZ/ Gündəlik rastlaşdığımız hüquq pozuntuları, əlbəttə ki, bizi narahat edir.
Sosial müdafiə
7 Dekabr , 2018 10:51
Milli Məclisin vitse-spikeri: Gündəlik rastlaşdığımız hüquq pozuntuları bizi narahat edir
Milli Məclisinin sədr müavini, Dövlət Komissiyasının üzvü Bahar Muradova / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ "Gündəlik rastlaşdığımız hüquq pozuntuları, əlbəttə ki, bizi narahat edir".

"Report" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, məişət zorakılıqları, qadınlara və uşaqlara qarşı yönəlmiş hüquqpozmalar, miqrantların üzləşdiyi çətinliklər, mənsubiyyətinə görə insanlara fərq qoyulması kimi halların qarşısını almaq üçün dünyada insan hüquqlarını qorumaq vəzifəsini üzərinə götürən şəbəkə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir: "Bunun üçün geniş şəkildə maarifləndirmə işləri aparılmalıdır. Son dövrlərdə Azərbaycanda Ombudsman institutunun ölkə miqyasında həyata keçirdiyi fəaliyyəti, dövlət orqanları ilə parlamentin fəaliyyətini əlaqələndirmiş şəkildə reallaşdırmasını digər xalqlara da nümunə kimi göstərə bilərik".

Onun sözlərinə görə, bu gün Azərbaycanda çox mükəmməl qanunvericilik bazası var: "Heç bir ayrı-seçkilik olmayan bir mühitdə yaşadığımız üçün bizim məsuliyyətimiz daha böyükdür".

Son xəbərlər

Orphus sistemi