Yuxarı

Lənkəranda Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub

Lənkəranda Hacı Allahşükür Paşazadənin 70 yubileyi qeyd olunub

Lənkəran şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin 70, onun şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

QMİ-dən "Report"a verilən məlumata görə, "Şeyxülislam Hacı Allahşükür Paşazadə-70: mənəviyyata həsr edilmiş ömür" adlı regional konfransda 150-yə yaxın qonaq iştirak edib.

Qeyd edək ki, Prezidenti İlham Əliyev bu il aprelin 9-da "Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Belə tədbirlərdən birincisi Lənkəranda keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi