İlin ilk dörd ayında 16 minə yaxın şəxsə yaşa görə əmək pensiyası təyin olunub

Sosial müdafiə
  • 14 may, 2025
  • 10:30
İlin ilk dörd ayında 16 minə yaxın şəxsə yaşa görə əmək pensiyası təyin olunub

Bu ilin yanvar-aprel ayları ərzində 15 900-dən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd olunub ki, onların 54,8%-ni kişilər, 45,2%-ni isə qadınlar təşkil edib.