Azərbaycanda reallaşdırılan 4-cü sosial islahat paketinin maliyyə tutumu açıqlanıb

Azərbaycanda reallaşdırılan 4-cü sosial islahat paketinin maliyyə tutumu açıqlanıb Bu ilin əvvəlində Azərbaycanda reallaşdırılan 4-cü sosial islahat paketi çərçivəsində illik əlavə 440 milyon manat vəsait xərclənəcək.
Sosial müdafiə
27 İyul , 2023 11:42
Azərbaycanda reallaşdırılan 4-cü sosial islahat paketinin maliyyə tutumu açıqlanıb
Himalay Məmişov

Bu ilin əvvəlində Azərbaycanda reallaşdırılan 4-cü sosial islahat paketi çərçivəsində illik əlavə 440 milyon manat vəsait xərclənəcək.

"Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

"Bu sosial islahat paketi 1,9 milyon nəfəri əhatə edib və bu islahatın illik əlavə maliyyə tutumu 750 milyon manat vəsait təşkil edir. İslahatlar çərçivəsində minimum əməkhaqqı 15 % artırılaraq 345 manata çatdırılıb. Vahid tarif cədvəli üzrə işləyənlərin və bir sıra təşkilatlarda çalışanlarının əmək haqları 15 % artırılıb. Bu istiqamət üzrə illik əlavə 440 milyon manat vəsait xərclənəcək", - H. Məmişov deyib.

DSMF sədrinin sözlərinə görə, bu ilin I yarımilində sosial ödənişlərdə də artım olub: "Artımlar ümumilikdə 810 min nəfəri əhatə edib. Əlavə vəsaitin illik həcmi isə 310 milyon manat təşkil edib. Bundan başqa, 24 növ sosial ödənişlərin məbləğlərində orta hesabla 22 %-lik artım olub".

Son xəbərlər

Orphus sistemi