Heydər Əliyev Fondunun nümayəndələri müharibə və əmək əlilləri pansionatında olub - FOTO

Heydər Əliyev Fondunun nümayəndələri müharibə və əmək əlilləri pansionatında olub - FOTO Heydər Əliyev Fondunun nümayəndələri müharibə və əmək əlilləri pansionatında olub
Sosial müdafiə
3 İyul , 2016 18:43
Heydər Əliyev Fondunun nümayəndələri müharibə və əmək əlilləri pansionatında olub - FOTO

Bakı. 3 iyul. REPORT.AZ/ İyulun 3-də Heydər Əliyev Fondunun nümayəndələri ənənəvi olaraq Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüblər. "Report" AzərTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndələrinin pansionata budəfəki gəlişi də bayram əhval-ruhiyyəsi ilə yadda qalıb.

Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 1998-ci ildə ulu öndər Heydər Əliyev bu pansionatda olub, veteranlarla görüşüb. 2013-cü ildə bu pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə pansionatın yeni korpusunun açılışı olub. İndi burada 225 nəfər yaşayır. Onların özlərini evdəki kimi rahat hiss etmələri üçün pansionatda bütün lazımi şərait yaradılıb. 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaşlı insanlarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır, bu kateqoriyadan olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər sırasında qocaların səhiyyə ocaqlarında müayinə edilməsini, onlar üçün konsertlər və bayram şənliklərinin keçirilməsini qeyd etmək olar.

İyulun 3-də keçirilən tədbir bir-birindən şən musiqi nömrələri ilə və şux rəqslərlə davam edib. Bu isə pansionat sakinlərinin bayram əhval-ruhiyyəsini daha da artırıb.

Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi