Hadi Rəcəbli: "Hazırda Azərbaycanda 63 min əlil uşaq var"

Hadi Rəcəbli: "Hazırda Azərbaycanda 63 min əlil uşaq var" "Ən çox 3 yaşına qədər olan uşaqlar yaxşı qayğı görmədiklərində əlil olurlar"
Sosial müdafiə
27 Fevral , 2015 11:49
Hadi Rəcəbli: Hazırda Azərbaycanda 63 min əlil uşaq var

Bakı. 27 fevral. REPORT.AZ/ "Hazırda Azərbaycanda 530 min əlil şəxs var ki, onlardan 63 mini məhz uşaqlardır". "Report" xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli AMEA İnsan Hüquqları İnstitutunda "Əlilliyi olan uşaqların inklüziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu" adlı kitabın təqdimatında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, ən çox 3 yaşına qədər olan uşaqlar yaxşı qayğı görmədiklərində əlil olurlar: "Bunun səbəblərindən biri də nikaha girənlərin sağlamlığı ilə bağlıdır. Artıq bu problemin də həlli yolları tapılıb. Belə ki, parlamentdə nikaha daxil olan şəxslərin məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə dəyişiklik edilib və iyunun 1-dən artıq prosesə start veriləcək". 

Son xəbərlər

Orphus sistemi