Gəncədə "Sağlam Gələcək" kampaniyasına start verilib

Gəncədə "Sağlam Gələcək" kampaniyasına start verilib Yaxın günlərdə bu cür tədbirlər bütün qərb regionunda həyata keçiriləcək
Sosial müdafiə
24 May , 2016 16:29
Gəncədə Sağlam Gələcək kampaniyasına start verilib

Bakı. 24 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində 2016-cı il Avropa Gənclər Paytaxtı – Gəncə şəhərində "Sağlam Gələcək" kampaniyasına start verilib. Bu barədə "Report"a Gənclər üçün Təhsil Mərkəzindən məlumat verilib. 

Kampaniya çərçivəsində Gəncə Dövlət Universiteti, Gəncə Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kollecində gənclərə cinsəl sağlamlıq, erkən nikah və məişət zorakılığının profilaktikasına dair maarifləndirmə seminarları həyata keçirilib. 

Görüşlər zamanı erkən nikah və məişət zorakılığının mənfi təsirlərini, narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarxlar izlənib, gənclərə mövzu üzrə hazırlanmış maarifləndirmə materialları paylandıqdan sonra maraqlı suallar ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin təşkilatçısı Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisinin baş katibi Murad Məmmədli kampaniyanın əhəmiyyəti, ölkədə həyata keçirilən gənclər və ictimai səhiyyə siyasəti barədə məlumat verib. 

O bildirib ki, gənclərin sağlamlığının qorunması müasir dövrün aktual məsələsi olduğundan bu işə xüsusi diqqət yetirilməli, müvafiq qurumlar gənclərlə sözügedən istiqamətdə birgə əməkdaşlıq etməlidirlər və yaxın günlərdə bu cür tədbirlər bütün qərb regionunda həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi