I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdünün (50 manat) ödənişinin aparılması və təyin olunması üçün tələb edilən sənədlərin siyahısı açıqlanıb.
Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunan təqaüdün onlara ödənilən sosial müavinətlə birgə ödənilməsi, bunun üçün hər hansı bir sənədin tələb olunmaması nəzərdə tutulur.
I qrup əlilliyi olan şəxslərə qulluğa görə təqaüd isə qulluq edən şəxsin özünə ödənəcək. Hazırlanmış ilkin layihədə qulluq edənin müəyyən edilməsi üçün tələb olunan sənədlərə qulluq edənin şəxsiyyət vəsiqəsi, müvafiq yerli icra hakimiyyəti orqanının vətəndaşın I qrup əlilliyi olan şəxsə qulluq göstərməsinə dair arayışı və Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsinə ərizəsi daxildir.