DSMF yanvar ayının pensiyalarının maliyyələşdirməsini yekunlaşdırıb

DSMF yanvar ayının pensiyalarının maliyyələşdirməsini yekunlaşdırıb Elman Mehdiyev: "DSMF bu ilə 130 mln. manatlıq sərbəst qalıqla keçib"
Sosial müdafiə
27 Yanvar , 2015 17:39
DSMF yanvar ayının pensiyalarının maliyyələşdirməsini yekunlaşdırıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin pensiyalarının maliyyələşdirməsini dekabrın 17-də tam yekunlaşdırıb. "Report" xəbər verir ki, bunu DSMF sədri Elman Mehdiyev bu gün keçirilən brifinqdə deyib: "Hətta Dövlət Sosial Müdafiə Fondu cari ilin yanvarın 1-nə 130 mln. manatlıq sərbəst qalıqla keçib".

Fond sədrinin sözlərinə görə, son dövrdə dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar müxtəlif ölkələrdə fiskal problemlərin yaranması müşahidə olunur: "Lakin Azərbaycanda ötən il pensiyaların maliyyələşməsi prosesində heç bir problem olmayıb. Bu, Azərbaycanın dinamik inkişafının təzahürüdür. Ölkədə qurulmuş pensiya-sığorta sisteminin iqtisadi inkişafla birbaşa əlaqəli fəaliyyət göstərməsi və iqtisadi inkişafın dinamik tərzdə davam etməsi əhalinin pensiya təminatında da etibarlı sosial müdafiəni reallaşdırmağa təminat verir". 

E.Mehdiyev qeyd edib ki, DSMF bu ilin yanvar ayında da pensiyaların maliyyələşdirməsini qrafikdən əvvəl yerinə yetirib.

Son xəbərlər

Orphus sistemi