Dövlət Komitəsinin sədri: "Son 20 ildə qadınların sahibkarlıq sahəsində rolu artıb"

Dövlət Komitəsinin sədri: "Son 20 ildə qadınların sahibkarlıq sahəsində rolu artıb" "Son 20 ildə qadınların sahibkarlıq sahəsində rolu artıb".
Sosial müdafiə
19 Oktyabr , 2023 10:56
Dövlət Komitəsinin sədri: Son 20 ildə qadınların sahibkarlıq sahəsində rolu artıb

"Son 20 ildə qadınların sahibkarlıq sahəsində rolu artıb".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2022-ci il üzrə qadınların orta aylıq əməkhaqqısı kişilərin orta aylıq əməkhaqqısının 68,1%-ni təşkil edib: "Halbuki 2015-ci ildə bu nisbət 53,9% təşkil edirdi. Ümumiyyətlə, son 20 ildə qadınların sahibkarlıq sahəsində rolu artıb. İqtisadiyyat, biznes mühitində qadınların öz hüquqlarından yararlana bilməsi onların cəmiyyətin iqtisadi sütunlarının möhkəmlənməsində rolunu artırır. Xüsusilə kiçik və orta sahibkarlıqda biznes fəaliyyətinin dəstəklənməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən təkcə 2023-cü ilin yanvar-avqust ayları ərzində 140 qadın sahibkara, ümumilikdə, 9,9 milyon manat güzəştli kredit verilib".

Baş Nazirin müavini Əli Əhmədov isə qeyd edib ki, bu gün Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında böyük rola sahibdir: "Ölkədə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində işlər uğurla davam etdirilir. İndiki qadınlar 15-20 il əvvəlki qadınlarla çox fərqlənir. Onlar cəmiyyətdə və dövlət sturukturlarında geniş fəallıq göstərir. Hökumətimiz qadınlara lazımi bütün dəstəyi göstərir və göstərəcək".

Son xəbərlər

Orphus sistemi