Bir qrup müharibə veteranına seçdikləri biznes istiqamətlər üzrə mal və materiallar təqdim edilib

Bir qrup müharibə veteranına seçdikləri biznes istiqamətlər üzrə mal və materiallar təqdim edilib Müharibədən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı genişmiqyaslı sosial dəs
Sosial müdafiə
29 Sentyabr , 2022 19:35
Bir qrup müharibə veteranına seçdikləri biznes istiqamətlər üzrə mal və materiallar təqdim edilib

Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialı tərəfindən bir qrup müharibə veteranına seçdikləri biznes istiqamətlər üzrə mal və materiallar təqdim edilib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlar avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, un məmulatları istehsalı və avtotəmizləmə xidmətləri zərfi üzrə iş fəaliyyətini təşkil etmək üçün bütün lazımi avadanlıqlarla təmin ediliblər.

Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilib, daha sonra isə qiymətləndirmədən keçib. Aktivlərlə təmin olunan şəxslərə bundan sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlər veriləcək, özünüməşğulluq fəaliyyətinin 1 il ərzində monitorinqi aparılacaq.

Qeyd edək ki, təkcə bu ilin ötən dövründə proqram çərçivəsində 2080 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib.

Ümumilikdə postmüharibə dövründə 13 400 şəhid ailəsi üzvü və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Son xəbərlər

Orphus sistemi