Biləsuvarda qanvermə aksiyası keçirilib

Biləsuvarda qanvermə aksiyası keçirilib Biləsuvar rayonunda “Qan ver, yaşat!” aksiyası çərçivəsində növbəti qanvermə aksiyası keçirilib.
Sosial müdafiə
19 Aprel , 2022 09:17
Biləsuvarda qanvermə aksiyası keçirilib

Biləsuvar rayonunda “Qan ver, yaşat!” aksiyası çərçivəsində növbəti qanvermə aksiyası keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı bölməsinin və “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə baş tutub.

Xəstəxanada karantin qaydalarına uyğun təşkil olunan aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətinin nümayəndələri iştirak edib.

Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.

Son xəbərlər

Orphus sistemi