Bakıda nəzarətsiz qalan azyaşlı təhsilə cəlb edilib

Bakıda nəzarətsiz qalan azyaşlı təhsilə cəlb edilib Bakıda anası tərəfindən evdə tək buraxıldığı üçün nəzarətsiz qalan azyaşlı təhsilə cəlb edilib.
Sosial müdafiə
16 Fevral , 2022 16:01
Bakıda nəzarətsiz qalan azyaşlı təhsilə cəlb edilib

Bakıda anası tərəfindən evdə tək buraxıldığı üçün nəzarətsiz qalan azyaşlı təhsilə cəlb edilib.

Bu barədə "Report"un soğrusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, nəzarətsiz qalaraq təhlükəli vəziyyətə düşən azyaşlının hüquqlarının müdafiəsi və maraqlarının təmin olunması, eyni zamandan ailəyə dəstək göstərilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən müvafiq tədbirlər davam etdirilir.

T.Mərdanoğlu bildirib ki, növbəti tədbir olaraq, Yasamal rayonunda yerləşən özəl müəssisələrin birinin təşəbbüsü əsasında Dövlət Komitəsinin nümayəndəsi uşağın anası və ailəyə dəstək göstərən E.İbrahimova (qonşu) ilə birlikdə həmin müəssisəyə səfər edib və azyaşlının məktəbəqədər təhsilə cəlb edilməsi təmin edilib.

Qeyd edək ki, fevralın ayının əvvəlində evdə tək qalan azyaşlı uşağın yaşadıqları Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olmasını əks etdirən videogörüntü yayılıb.

Həmin vaxt dərhal Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru qeyd edilən ünvanda yerləşən ailəyə səfər həyata keçiriblər.

Məlum olub ki, 6 yaşlı uşağın anası A.Ə evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işləyir və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə gedib.

Buna görə də ailə nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi