Azərbaycanda dövlət sığınacaqlarının yaradılması təklif edilir

Azərbaycanda dövlət sığınacaqlarının yaradılması təklif edilir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda dövlət sığınacaqlarının fəaliyyətə başlaması üçün təklif irəli sürüb.
Sosial müdafiə
19 Aprel , 2019 10:26
Azərbaycanda dövlət sığınacaqlarının yaradılması təklif edilir
0 : 00
0 : 00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda dövlət sığınacaqlarının fəaliyyətə başlaması üçün təklif irəli sürüb.

Bu barədə “Report”a açıqlamasında Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib ki, müasir dövrdə dövlət sığınacaqlarının yaradılmasına ehtiyac var: “Dövlət sığınacaqlarının yaradılmasının əsas məqsədi zorakılığa məruz qalan, eləcə də müxtəlif səbəblərdən oraya yerləşdirilən vətəndaşlara yüksək keyfiyyətli xidmətin göstərilməsidir. Bu, Azərbaycanda aktual problemlərdən biridir. İstər evdə, istər məktəbdə, istərsə də daha kənar yerlərdə məişət zorakılığına məruz qalan uşaqlar tam təhlükəsiz və keyfiyyətli xidməti göstəricilərə malik olan sığınacaqlara yerləşdirilməlidirlər. Bunun üçün də dövlət büdcəsindən maliyyələşən sığınacaqlara ehtiyac var. Bu sığınacaq cinsindən, yaşından aslı olmayaraq zorakılığa məruz qalan bütün şəxslərin təhlükəsiz evinə çevrilməlidir”.

Şöbə müdiri vurğulayıb ki, dövlət sığınacaqları yerli icra hakimiyyətlərinin və yaxud da digər dövlət qurumlarının nəzdində beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərə bilər: “İl ərzində məişət zorakılığı kimi qeydə alınan 850 hadisədə zərərçəkənlərin 50-60 faizinin sığınacağa yerləşdirilməsinə ehtiyac yaranır. Onların sığınacaqda formalaşması və gələcəkdə cəmiyyətə inteqrasiyaları üçün müvafiq tədbirlərin həyata keçirilməsi zəruridir. Qanunvericilikdə sığınacaqların yaradılması ilə bağlı müddəalar öz əksini tapıb. Ona görə də Azərbaycanda dövlət sığınacaqlarının yaradılması prioritet məsələlərdən biri olmalıdır”.

Son xəbərlər

Orphus sistemi