Bakı. 14 aprel. REPORT.AZ/ Autizm sindromundan əziyyət çəkən uşaqlara I Avropa Oyunlarını izləmək üçün ödənişsiz biletlər veriləcək. "Report" xəbər verir ki, bunu bu gün Nizami Kino Mərkəzində "Dünya Autizm Maarifləndirmə ayı" çərçivəsində keçirilən tədbirdə teleaparıcı Hacı Nuran Hüseynov deyib. I Avropa Oyunların elçisi olan teleaparıcı qeyd edib ki, autizmli uşaqların oyunları izləməsi üçün tam şərait yaradılacaq: "Oyunlara baxmaq üçün biletləri şəxsən özümüz autizmli uşaqların ailələrinə təqdim edəcəyik".
Tədbirdə
Tədbirin sonunda Autizm xəstəliyini dolğun əks etdirən Oskar, "Qızıl qlobus" və Berlin kinofestivalının "Qızıl ayı" mükafatlarına layiq görülən rejissor Barri Levinsonun "Yağış adamı" filmi nümayiş edilib.