“ASAN xidmət”in yeni siması təqdim olunub - VİDEO

“ASAN xidmət”in yeni siması təqdim olunub - VİDEO Bakı. 19 dekabr. REPORT.AZ/ “ASAN xidmət” özünün yeni simasını Mr.ASANT-ı təqdim edib.
Sosial müdafiə
19 Dekabr , 2018 11:14
“ASAN xidmət”in yeni siması təqdim olunub - VİDEO

Bakı. 19 dekabr. REPORT.AZ/ “ASAN xidmət” özünün yeni simasını Mr.ASANT-ı təqdim edib.

“Report”un xəbərinə görə, şəffaflığın artırılması, korrupsiya hallarının qarşısının alınması, xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsində “ASAN xidmət” uğurlu yol xəritəsi tərtib edib. Bu yol xəritəsini özündə əks etdirən qarışqa fəlsəfəsi “ASAN xidmət”in maskotu üçün obraz seçilib. Qarışqa çalışqanlıq, zəhmətkeşlik, məsuliyyət, pozitivlik və komanda işini təcəssüm etdirir.

Maskotun adı Mr.ASANT kimi seçilib. Bu ad ASAN və ANT (ingilis dilindən tərcümədə - qarışqa) sözlərinin kombinə edilməsidir.

Mr.ASANT maskotu məhz bu keyfiyyətləri özündə birləşdirən “ASAN xidmət”in yeni simasıdır. O, maarifləndirmə və məlumatlandırmada vasitəçi olacaq, vətəndaşlara köməklik edəcək, dost kimi yanlarında olacaq.

Son xəbərlər

Orphus sistemi