"ASAN xidmət"ə yeni şöbə müdiri təyin olunub
Sosial müdafiə
- 01 iyun, 2018
- 11:21
Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni təyinat olub.
"Report" xəbər verir ki, Dəmirli Orxan Novruz oğlu Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O.Dəmirli əvvəllər Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsində çalışıb. O, 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, bu vəzifəni Elvin Paşayev icra edirdi. O, hazırda Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları departamentinin rəhbəri vəzifəsində çalışır.
Son xəbərlər
08:18
Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:07
Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub
Digər ölkələr08:05
Foto
Tovuzda su kanalından iki meyit aşkarlanıb
Hadisə07:54
Şotlandiya FIFA seçkilərində İnfantinonu dəstəkləməkdən imtina edib
Futbol07:29
WSJ: Tramp Omanı "günah keçisi"nə çevirir
Digər ölkələr06:48
Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dollar qiymətləndirilib
Digər ölkələr06:19
Çində qopmuş hər iki ayağın replantasiyası həyata keçirilib
Sağlamlıq05:46
Ermənistanda fermerlər məhsulların aşağı alış qiymətlərinə görə yolu bağlayıblar
Region05:04