Agentlik: "Səyyar sosial reabilitasiya ilə bağlı 1 729 nəfər müraciət edib"

Sosial müdafiə
  • 24 dekabr, 2021
  • 08:19
Agentlik: Səyyar sosial reabilitasiya ilə bağlı 1 729 nəfər müraciət edib

“2021-ci il ərazində səyyar sosial reabilitasiya ilə bağlı 1 729 nəfər müraciət edib”.

“Report” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Səyyar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Tamara Mikayılova deyib.

O bildirib ki, müraciət edənlərdən 1 494 nəfərə səyyar sosial xidmət göstərilib, 235 nəfər isə qanunvericiliyə uyğun olmadığına görə imtina verilib: “İmtina verilən şəxslər çətin həyat şəraitində yaşayan şəxs olmadığına görə belə qərar verilib”.

44 filmi