"AllAllFinance" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 23 oktyabr, 2026
  • 12:18
AllAllFinance maliyyə vəziyyətini açıqlayıb

Azərbaycanın kollektor agentliyi - "AllAllFinance" ASC 2025-ci ili 5,593 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2024-cü ildən 31 min manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "AllAllFinance"ın aktivləri 13,007 milyon manat olub ki, bu da illik müqayisədə 40,5 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 20,8 dəfə artaraq 7,287 milyon manata çatıb, balans kapitalındakı 30 min manatlıq çatışmazlıq isə 5,72 milyon manat kapitalla əvəz olunub.

Xatırladaq ki, "AllAllFinance" 2024-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,1 min manatdır. Şirkətin səhmdarları hər biri 40 % payla Mədəd Rüstəmov və Camal Aydınov, eləcə də 20 % payla Rəşad Səlimovdur. M.Rüstəmov eyni zamanda "MJ Financial Services" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 30 %-nə, C.Aydınov isə 70 %-nə nəzarət edir. R.Səlimov isə "Neo" ASC BOKT-da 40 % pay sahibidir.