2500 şəhid ailəsi üzvü, qazi aktiv məşğulluq proqramları ilə əhatə olunub

2500 şəhid ailəsi üzvü, qazi aktiv məşğulluq proqramları ilə əhatə olunub Onlardan 2200-ü özünüməşğulluq proqramına cəlb edilib
Sosial müdafiə
685
5 Fevral , 2021 10:16
2500 şəhid ailəsi üzvü, qazi aktiv məşğulluq proqramları ilə əhatə olunub

Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinin, bu müharibənin qazilərinin, erməni terrorundan zərər çəkən şəxslərin aktiv məşğulluq proqramları çərçivəsində dəstəklə təminatı işləri davam edir.

"Report" xəbər verir ki, müharibədən sonrakı dövrdə bu kateqoriyalardan olan 2500 şəxs (o cümlədən 1200-ə yaxın şəhid ailəsi üzvü) aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Onlardan 2200-ü özünüməşğulluq proqramına cəlb edilib. Onlar seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin edilirlər. 250-dək şəxsin isə ödənişli ictimai işlər, digərləri əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları çərçivəsində məşğulluq məsələləri operativ həll olunub.

Son xəbərlər

Orphus sistemi