1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Global Media Group”un tərkibinə daxil olan şirkətlərdə tədbir keçirilib.
“Report” İnformasiya Agentliyinin redaksiyasında da keçirilən tədbirə Agentliyin əməkdaşlarının övladları qatılıb. Azyaşlılar arasında əyləncəli oyunlar təşkil edilib, hər birinə hədiyyələr təqdim olunub.
Sonda uşaqlar redaksiyanın bütün şöbələrini gəzərək valideynlərinin işi ilə tanış olublar.
Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub.
Ətraflı videomaterialı təqdim edirik: