Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018”, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2018” sərgiləri ilə tanış olub.
"Report"un xəbərinə görə, kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına sərgilərlə bağlı məlumat verib.
Bildirilib ki, ötən illə müqayisədə bu il “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgiləri həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12 faiz artım nümayiş etdirib və region üzrə bütün ixtisaslaşmış sərgilər arasında ikinci yeri tutur. Bakı Ekspo Mərkəzinin iki zalında və xarici meydançasında yerləşən sərgilərə dünyanın 34 ölkəsindən 402 şirkət qatılıb və bu şirkətlərin 70 faizini xarici, 30 faizini isə yerli istehsalçı və distribütorlar təşkil edirlər. Bu ölkələrin ticarət və sənaye palatalarının dəstəyi ilə şirkətlərin böyük milli qruplar ilə iştirakı sərginin vizit kartına çevrilib. Bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 12 milli və regional qrup iştirak edir.
Prezident İlham Əliyev sərgilərdə nümayiş olunan stendlərə baxıb.
*** 16:14
Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Bakıda XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018” və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgiləri ilə tanış olub.
"Report" xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına sərgilərlə bağlı məlumat verib.
Prezident İlham Əliyev sərgilərdə nümayiş olunan stendlərə baxıb.