Yeni nəsil “Audi A8” avtomobil istehsalçısının tarixində ən güclü seriya modeli olacaq.
“Report” Britaniyanın “Autocar” nəşrinə istinadən xəbər verir ki, lüks sedanın beşinci nəsli gələn ilin sonunda debüt etməlidir.
İnsayderlər iddia edirlər ki, seriyalı “Audi A8” “Grandsphere” konseptinin əsas cizgilərini miras alacaq və güc baxımından “RS6 Performance” (630 at gücü) və “RS E-Tron GT” (646 at gücü) superuniversallarını üstələyəcək.
Jurnalistlər qeyd ediblər ki, “A8”in varisi PPE platformasını “Audi” və “Porsche”nin yeni məhsulları ilə paylaşacaq və flaqman avtomobilin ən uzun versiyasına sahib olacaq.
“Grandsphere” konsepti üçün 750 kilometrlik avtonomluq elan edilsə də, seriya versiyası çətin ki belə xüsusiyyətlərlə sertifikatlaşdırılsın. Bununla belə, yüklənmədən enerji ehtiyatının miqdarının əhəmiyyətli dərəcədə azalması ehtimalı yoxdur. Digər gözlənilən xüsusiyyətlərə tam ötürücülü şassi, həmçinin arxa oxda fırlanma anı vektoru sistemi daxildir.
Dördüncü səviyyəli avtopilota gəlincə, o, hələ də inkişaf mərhələsindədir, ona görə də “Audi A8”in interyerində inqilabi planlar yoxdur.