Yanvarda Azərbaycan aqrar-sənaye məhsullarının ixracını 2,7 dəfə artırıb

Yanvarda Azərbaycan aqrar-sənaye məhsullarının ixracını 2,7 dəfə artırıb Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib
Sənaye
7 Fevral , 2023 17:08
Yanvarda Azərbaycan aqrar-sənaye məhsullarının ixracını 2,7 dəfə artırıb

Bu ilin yanvar ayında qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.

“Report”un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə “İxrac İcmalı”nın fevral sayı ilə bağlı statistikasında deyilir.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 milyon ABŞ dolları təşkil edib. Yanvar ayı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94 %-ini təşkil edib.

Hesabat dövründə Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib.

Bildirilir ki, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6 % artıb.

2023-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac 64,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon ABŞ dollarına bərabər olub.

Yanvar ayı ərzində kimya sənayesi məhsullarının ixracı 11,3 %, spirtli və spirtsiz içkilərin ixracı 11,1 dəfə, şəkər ixracı 2,5 dəfə, çay ixracı isə 2,3 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi