Tacikistan Azərbaycanın sənaye parkları təcrübəsindən yararlanacaq

Tacikistan Azərbaycanın sənaye parkları təcrübəsindən yararlanacaq Tacikistan iş adamları sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən yararlanacaq
Sənaye
14 İyun , 2023 14:07
Tacikistan Azərbaycanın sənaye parkları təcrübəsindən yararlanacaq

Tacikistan iş adamları sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən yararlanacaq.

“Report” İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bu barədə Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabirin rəhbərlik etdiyi nümayəndə heyətinin Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olan zaman məlum olub.

Qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı göstərilib.

Tacikistanın sənaye və yeni texnologiyalar naziri ölkəsinin Azərbaycanla əməkdaşlığın, xüsusilə sənaye və logistika sahəsində əlaqələrin genişlənməsində, sənaye parklarının yaradılmasında Azərbaycan təcrübəsindən yararlanmaq niyyətində olduqlarını və bu istiqamətdə işlərin aparıldığını diqqətə çatdırıb.

Görüş çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, tacikistanlı iş adamları sənaye zonalarında mövcud investisiya imkanlarından yararlanmağa dəvət edlib.

Sonda nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin Polietilen məmulatları zavodunda gedən istehsal prosesi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi