"Sumqayıt-Aşqarlar" ASC-nin rəhbərliyi yenidən formalaşdırılacaq

Sənaye
  • 25 avqust, 2016
  • 05:17
Sumqayıt-Aşqarlar ASC-nin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 25 avqust. REPORT.AZ/ Sentyabrın 28-də "Sumqayıt-Aşqarlar" ASC-nin səhmdarlarının növbəti yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq saat 11:00-da, zavodun Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən inzibati binasında keçiriləcək.

Yığıncağın gündəliyinə ASC-nin illik hesabatının təsdiq edilməsi, Müşahidə Şurası, İdarə Heyəti, Audit Komitəsinin yeni tərkibinin seçilməsi, Nizamnaməsinə dəyişiklik edilməsi məsələləri daxildir.

44 filmi