“SOCAR Polymer” şirkəti 2019-cu ilin Yay Təcrübəsi proqramına start verir

“SOCAR Polymer” şirkəti 2019-cu ilin Yay Təcrübəsi proqramına start verir “SOCAR Polymer” 2019-cu ilin Yay Təcrübəsi proqramında iştirak etmək üçün ərizə qəbulunu elan edir.
Sənaye
4 Aprel , 2019 12:40
“SOCAR Polymer” şirkəti 2019-cu ilin Yay Təcrübəsi proqramına start verir

SOCAR Polymer” 2019-cu ilin Yay Təcrübəsi proqramında iştirak etmək üçün ərizə qəbulunu elan edir.

Şirkətdən “Report”a verilən məlumata görə, gənclər “SOCAR Polymer” şirkətinin Sumqayıt şəhərində yerləşən Polipropilen (PP) və Yüksək Sıxlıqlı Polietilen (YSPE) zavodlarının istehsalat sahələrində və ya ofis məkanlarında təcrübə keçəcəklər.

“SOCAR Polymer” şirkətində keçirilən təcrübə şirkət haqqında sadəcə daha dolğun təsəvvür yaratmaq üçün bir vəsilə deyil, bu, həm də bacarıq və təcrübə əldə etmək və özünü şirkətin həyata keçirdiyi mühüm işlərdən birinə həsr etmək üçün cəlbedici və dəyərli bir imkandır. “SOCAR Polymer” şirkəti öz növbəsində, yeni və bacarıqlı mütəxəssislərə dəstək olaraq, onlara gələcəkdə daha böyük fürsətlər əldə etmək üçün geniş imkanlar yaradacaq.

Proqramın davam etdiyi 8 həftə ərzində təcrübəçilər ixtisaslı kollektivin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər. Həmin səkkiz həftə ərzində təcrübəçilər şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, təcrübə və araşdırma yolu ilə yeni bilik və bacarıqlara yiyələnəcək və icraatda olan layihələrə öz töhfələrini verəcəklər.

Təcrübə dövrünə tam həcmli tanışlıq kursu ilə başlayacaq təcrübəçilər daha sonra real layihə üzərində işləyən kollektivə qoşulacaqlar. Təcrübə proqramının əksər hissəsi iş yerlərində həyata keçiriləcək, lakin bununla yanaşı, digərləri ilə ünsiyyət qurma bacarıqlarına həsr edilən çoxsaylı təlimlər də təşkil olunacaq. Texniki ixtisaslar üzrə təcrübə keçən şəxslərin istehsalat obyektlərinə ziyarətləri daxil olmaqla təcrübə dövrü ərzində həm müxtəlif təlim kursları təşkil olunacaq, həm də mütəxəssislərlə görüşmək və onların peşəkar rəyləri ilə tanış olmaq üçün də çoxlu imkanlar yaradılacaq.

Misilsiz təcrübə və sərfəli saathesabı əmək haqqı ilə bərabər bu proqram təcrübəçilər üçün aşağıdakı imkanları yaradacaq:

Şirkət haqqında daha müəyyən təsəvvür əldə etmək imkanı. Burada, şirkətin mahiyyəti, onun rolu və personalı haqqında təsəvvür nəzərdə tutulur. Yəni, təcrübəçilər özlərini şirkətin potensial məzun-mütəxəssisi kimi hiss edib-etmədiklərini müəyyən edirlər.

Şirkətin işində iştirak etmək imkanı. Təcrübəçilər real layihələr çərçivəsində aparılan işlərdə iştirak etməyə şövq edilərək sınaqdan keçiriləcəklər. Bu, təcrübə əldə etmək və həmin işlərin onlara uyğun gəlib-gəlmədiyini müəyyən etmək üçün ən yaxşı üsuldur.

Təkcə təcrübə deyil, daha çox şey əldə etmək imkanı. İstehsalat təcrübəsi və yay təcrübəsi proqramları çərçivəsində həm maaş, həm də ödənişli məzuniyyət təklif edilir.

Peşəkar inkişafda irəliləyiş etmək imkanı. Bacarıqlarının ən yaxşı formada büruzə vermələrinə kömək etmək məqsədilə təcrübəçilərə kifayət qədər dəstək veriləcək və təlim kursları təşkil olunacaq. Kurslarda yüksək müvəffəqiyyət dərəcələri qazanan təcrübəçilərə gənc mütəxəssis qismində iş təklif oluna bilər. Belə hallarda, həmin təcrübəçilər öz təhsil müəssisələrinə qayıdıb təhsillərinə davam edir, bizim şirkətdə isə natamam ştat işçisi kimi fəaliyyət göstərəcəklər.

Bu proqramı mühəndis-texniki, informasiya texnologiyaları sistemləri, maddi-texniki təminat, layihələrin idarəetmə sistem və vasitələri, audit, maliyyə, mühasibat, kadr resursları, ictimai əlaqələr, logistika və hüquqşünaslıq ixtisasları üzrə təhsil alan gənclər üçün nəzərdə tutulmuşdur.Müvəffəqiyyətlə ali təhsil alan, ingilis dilində yaxşı oxuma-yazma bacarıqlarına malik olan və hal-hazırda bakalavriat səviyyəsinin son kurs tələbələri, habelə magistraturanın 1 və 2-ci kurs aspirantları bu proqramda iştirak etməyə dəvət olunurlar.

Namizədlər öz karyera gözləntilərinə ən uyğun olan (bir və ya bir neçə) təcrübə sahəsi üzrə proqrama qatılmaq üçün ərizə verə bilərlər.

Yay Təcrübəsi proqramına qatılmaq üçün www.socarpolymer.az saytının “Karyera > İstehsalat Praktikası Proqramı” bölməsində yerləşdirilmiş ərizə forması doldurularaq 30 aprel 2019-cu il tarixinə qədər təqdim olunmalıdır.

Son xəbərlər

Orphus sistemi