SOCAR: Gürcüstandakı layihə ilə bağlı yayılan xəbərlərin çoxu uydurmadır

SOCAR: Gürcüstandakı layihə ilə bağlı yayılan xəbərlərin çoxu uydurmadır SOCAR kimlərinsə əsassız və subyektiv amillərə istinad etməsini tamamilə yanlış və yolverilməz hesab edir
Sənaye
13 May , 2015 14:36
SOCAR: Gürcüstandakı layihə ilə bağlı yayılan xəbərlərin çoxu uydurmadır

Bakı. 13 may. REPORT.AZ/ "Gürcüstanda azot gübrəsi - Karbamid Zavodunun inşası layihəsinin yeni şəraitdə tikilib-tikilməməsi məsələsinə yenidən baxılıb və layihənin dayandırılması haqqında qərar qəbul edilib. Deməliyəm ki, bu qərar birdən-birə meydana çıxmayıb, çox sayda iqtisadi və texniki-istehsal məsələləri nəzərdən keçirildikdən sonra verilib". Bunu "Report"a son günlər mətbuatda və sosial şəbəkələrdə SOCAR-ın Gürcüstandakı Karbamid Zavodu layihəsinin dayandırılması ilə əlaqədar yayılan məlumatlar haqqında şirkətin mövqeyini qeyd edən SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib. 

O, həqiqətən də bu məsələnin ictimai rəydə böyük maraq doğurduğunu deyib, lakin təəssüf etdiyini bildirib ki, yayılan informasiyaların çoxu uydurmadır, həqiqətə uyğun deyil: “Açıq-aşkar ictimaiyyəti çaşdırmaq niyyəti güdən və bir çox hallarda spekulyativ xarakter daşıyan sözlər söylənilir. Biz həqiqətən də Sumqayıtda inşa etdiyimiz Karbamid Zavodunun bir analoqunu da Gürcüstanda tikmək istəyirdik. Mütəxəssislərimiz bu layihə üzərində işləmiş, hesablamalar aparmışdılar. Amma bildiyiniz kimi, enerji bazarında vəziyyət dəyişib, qeyri-sabitlik yaranıb. Gürcüstanda azot gübrəsi - Karbamid Zavodu layihəsinin yeni şəraitdə tikilib-tikilməməsi məsələsinə yenidən baxılıb və layihənin dayandırılması haqqında qərar qəbul edilib. Deməliyəm ki, bu qərar birdən-birə meydana çıxmayıb, çox sayda iqtisadi və texniki-istehsal məsələləri nəzərdən keçirildikdən sonra verilib". 

"SOCAR ciddi regional layihələr həyata keçirən, müsbət beynəlxalq imicə malik bir şirkətdir və bir qayda olaraq mühüm önəm daşıyan mövcud obyektiv amillərə əsaslanır. Odur ki, kimlərinsə bu qərarı hansısa əsassız və subyektiv amillərlə bağlamaq cəhdlərini tamamilə yanlış və yolverilməz hesab edirik”, - deyə N.Quliyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi