Sabirabad Sənaye Məhəlləsində daha bir şirkətə rezidentlik verilib
Sənaye
- 25 iyun, 2024
- 11:46
“Azgreentech” MMC-yə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib.
"Report" İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, şirkət ərazidə plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək.
İnvestisiya dəyəri 2,3 milyon manat olan müəssisədə 20 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Bundan başqa “Azgreentech” respublikanın bir çox bölgələrində (Bakı şəhəri və Abşeron yarımadası xaric) plastik tullantıların toplama məntəqələri quracaq ki, bu da həmin ərazilərdə əlavə iş yerlərinin açılmasına və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.
Müəssisənin istehsal edəcəyi məhsul çeşidlərinin böyük hissəsi ixrac üçün nəzərdə tutulub.
Son xəbərlər
14:20
Azərbaycan taekvondoçusu Hüseyn Novruzov "Türkiye Open"də qızıl medal qazanıb
İdman14:09
Naxçıvanda bayram günlərində 12 nəfər qidadan zəhərlənib
Hadisə14:08
ADSEA: Respublikanın əksər çaylarında sululuq artıb
İnfrastruktur13:45
Foto
NİİM: Yağışa görə svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz diqqətdə saxlanılır
Daxili siyasət13:43
Azərbaycanda 2 ayda istehsal olunan güc transformatorlarının sayı açıqlanıb
Sənaye13:38
Azərbaycanda sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib
Ekologiya13:36
Sabah gündüzdən Bakıda yağıntılar tədricən kəsiləcək
Ekologiya13:23
Azərbaycanın Türkiyədən mədən sənayesi məhsulları idxalına çəkdiyi xərci 19 %-ə yaxın azalıb
Biznes12:57