“Petkim”ə 179 mln. lirə investisiya qoyulub

“Petkim”ə 179 mln. lirə investisiya qoyulub Bakı. 9 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksinə 178,6 mln. Türkiyə lirəsi məbləğində investisiya yatırılıb.
Sənaye
9 Avqust , 2018 18:06
“Petkim”ə 179 mln. lirə investisiya qoyulub

Bakı. 9 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Türkiyənin ilk və yeganə neft-kimya istehsalçısı olan “Petkim” neft-kimya kompleksinə 178,6 mln. Türkiyə lirəsi məbləğində investisiya yatırılıb.

“Report” “Petkim Holding”in məlumatına əsasən xəbər verir ki, kompleksdə 1 521 412 ton məhsul istehsal olunub.

Hesabat dövründə satış miqdarı 960 025 ton təşkil edib.

Bu ilin I yarısında “Petkim”də istehsalın həcmi ötən ilin müvafiq dövründən 10%, satış miqdarı isə 4,5% azalıb.

Bu il iyulun 1-nə “Petkim”də çalışanların sayı 2 472 nəfər olub. 2017-ci il 31 dekabr tarixində isə bu göstərici 2 464 nəfər təşkil edib.

Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. “Petkim” Əliağa Kompleksində 14 əsas zavod və 8 yardımçı tikili olmaqla bir-birinə inteqrasiya edilmiş 22 təsis yer almaqdadır.

Son xəbərlər

Orphus sistemi