Özbəkistan Azərbaycanda toxuculuq klasterinin yaradılması ilə bağlı təfərrüatları açıqlayıb

Özbəkistan Azərbaycanda toxuculuq klasterinin yaradılması ilə bağlı təfərrüatları açıqlayıb Özbəkistanın “TST Group” şirkəti Azərbaycanda törəmə tekstil klasteri yaratmağı və buraya 52 milyon ABŞ dolları investisiya yatırmağı planlaşdırır.
Sənaye
22 May , 2024 20:18
Özbəkistan Azərbaycanda toxuculuq klasterinin yaradılması ilə bağlı təfərrüatları açıqlayıb

Özbəkistanın “TST Group” şirkəti Azərbaycanda törəmə tekstil klasteri yaratmağı və buraya 52 milyon ABŞ dolları investisiya yatırmağı planlaşdırır.

Bu barədə “Report” “Uztekstilprom” assosiasiyasına istinadən xəbər verir.

Məlumata görə, bu həftə assosiasiyanın rəhbəri vəzifələrini müqvəqqəti icra edən Mirmuxsin Sultanovun rəhbərlik etdiyi Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində şirkətin təsisçilərindən biri Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliyinin nümayəndələri ilə danışıqlar aparıb.

Danışıqların əsas mövzusu “TST Group”a İmişli şəhəri yaxınlığında torpaq sahəsinin verilməsi ilə bağlı əvvəllər əldə edilmiş razılaşmaların icrası olub. Şirkət burada toxuculuq klasteri təşkil etməyi planlaşdırır.

Tərəflər layihə üçün İmişli və Mingəçevir rayonlarında torpaqların ayrılmasını sürətləndirmək barədə razılığa gəliblər.

Gələcək klasterin tikintisinə 2024-cü ilin avqustunda başlanılacağı planlaşdırılır. Görüşdə həmçinin Azərbaycan pambığının üçüncü ölkələrə ixrac perspektivi ilə birgə emalı planları da müzakirə olunub.

Qeyd edək ki, hazırda “TST Group”a parçaların istehsalı, rənglənməsi və çapı üzrə iki müəssisə daxildir: 2009-cu ildə yaradılan “Tukimachi Sanoat Textile” şirkəti və 2013-cü ildə yaradılan “Group Impex Textile”.

Son xəbərlər

Orphus sistemi